AZ

"Tрамп üçün əsrin imtahanı: Alyaskada "şeytanı" tutmaq fürsəti" - Aleksandr Nevzorov

"Tрамп fürsəti əldən versə, milyonlar "yaxşılığa və ədalətə inam" adlı son ümidini itirəcək..."

"15 avqust - səhnə hazırdır. Rusiya "şeytanı" - Putin Alyaskadakı Elmendorf-Richardson bazasında təyyarədən enir".

Moderator.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov "nevzorov.tv" nəşrində yazıb.

Müəllif davam edir: "Təbəssümündə təkəbbür, addımında meydanoxuma var. ABŞ dəniz piyadaları sırada, kameralar hazır… və Tрампın qarşısında tarixdə bir dəfə gələcək fürsət: siyasi vampiri yerə sərmək, qandal vurmaq və dünyanı on illərin qorxusundan azad etmək".

Bu, sadəcə diplomatik jest deyil - bu, bir düymə ilə müharibəni söndürməkdir. Bir hərəkət və dünya qatillərini, diktatorlarını, terror şəbəkələrini koordinatorsuz, ilhamvericisiz, sponsorsuz qoymaq,  ayətüllahı siyasi səhnədə karikaturaya çevirmək, qlobal müharibə kabusunu, qaçqın selini, qan çaylarını yox etmək deməkdir.

Heç bir nüvə hücumu da olmaz, çünki prezidentini girov saxlayan bir ölkə raket atmaz, ata bilməz. Əks halda Tрамп özünü Putini "masaj edən spa işçisi", yəni kürəyini sabunla ovmaq, dərisinə pilinq vurmaq, saçlarını daramaq… Yəni qəhrəman yox, hamamçı rolunda tapacaq.

Putinlə "səmimi söhbət" etmək - işgəncələri, yalanları, kütləvi qətlləri, uşaqların oğurlanmasını, talanı, repressiyanı leqallaşdırmaq deməkdir. Tрамп fürsəti əldən versə, milyonlar "yaxşılığa və ədalətə inam" adlı son ümidini itirəcək. Ola bilər ki, bu, bəşəriyyətin ayılması üçün sərt, amma lazımlı dərs olsun.

Sammitöncəsi vampir məsləhəti: Putin-Kim Çen In xətti

Alyaska görüşündən əvvəl Putin öz "dostlar dairəsini" möhkəmləndirir. Kreml bildirir ki, o, Şimali Koreya lideri Kim Çen In ilə telefonla danışıb, Kursk vilayətinin "azad olunmasında" göstərilən "dəstəyə" görə təşəkkür edib və "KXDR döyüşçülərinin qəhrəmanlığını" vurğulayıb.

Eyni zamanda, Trampla qarşıdakı görüş barədə məlumat paylaşıb. Unutmayaq: Moskva ilə Pxenyan arasında 2024-cü ilin iyunundan "hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi" qüvvədədir. Yəni, Alyaskada təkcə iki prezident görüşmür - onların arxasında bütün "kölgə müttəfiqlər" dayanır".

Seçilən
51
moderator.az

1Mənbələr