AZ

Azərbaycanda bu taksi şirkəti ləğv edilir

"TESLATАXI" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.

Modern.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ4100 Laçın şəhəri, Laçın rayonu, Taxta-Körpü küçəsi ünvanına bildirə bilərlər.

Sözügedən taksi şirkəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Asim Akif oğlu Allahverdiyevdir.

Seçilən
12
27
modern.az

10Mənbələr