Sentyabrın 24-də FIBA Avropa Kubokunun I təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq "Abşeron Lions” heyətinə yeni oyunçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, amerikalı basketbolçu Arinze Çidom karyerasını Abşeron təmsilçisində davam etdirəcək.
Karyerasına Vaşinqton Dövlət Universitetində başladıqdan sonra "Riversayd"da davam edən 28 yaşlı Arinze burada 12.9 xal, 6.6 ribaund ortalamaları ilə komandasının aparıcı oyunçularından biri olub. O, beynəlxalq arenada Polşa, Meksika, Malaziya və son olaraq İraq klublarının formasını geyinib.