AZ

XXI əsrin Yalta KONFRANSI :ABŞ və Rusiya dünyanı belə bölüşdürəcək Elmar Məmmədyarovla MÜSAHİBƏ

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, avqustun 15-də Alyaska yarımadasında ABŞ və Rusiya liderləri bir araya gələcək. Seçilmiş yer və müzakirə oluna biləcək məsələlərlə bağlı müxtəlif ehtimallar var. Bu ehtimalları dəyərləndirmək üçün sabiq xarici işlər naziri Elmar Məmmədyarovla həmsöhbət olduq.Bizim.Media keçmiş nazirlə müsahibəni təqdim edir:- Elmar müəllim, sabahkı görüşdən gözləntiləriniz nədir?- Alyaskada baş tutacaq yüksək səviyyəli görüşdən müəyyən gözləntilərimiz var. Hesab edirəm ki, bu görüşdə Ukrayna cəbhəsində döyüşlərin dayandırılması və atəşkəs üçün müəyyən razılığa gəlinə bilər. Ən azından hava hücumları dayandırıla bilər. Çünki hava hücumlarından hər iki tərəf böyük zərər görür.Amma Ukraynada davam edən münaqişənin dayandırılması istiqamətində böyük irəliləyişin olacağı inandırıcı deyil. Çünki Qərb münaqişənin dayandırılmasını Ukraynanın ərazi bütövlüyünün təmin olunması şərti ilə istəyir. Rusiya isə işğal olunmuş əraziləri öz əlində saxlamaq şərti ilə sülh danışıqlarına hazır olduğunu deyir. Buna görə də Rusiya atəşkəs yox, davamlı sülh istəyir. Moskva anlayır ki, atəşkəs onların əleyhinə işləyəcək və Qərb Ukraynaya yeni yardımlar edəcək, ordu gücləndiriləcək. Ona görə də bu görüşün nəticələri barədə pessimistəm.- Zelenski deyir ki, rəsmi Kiyevin iştirakı olmadan Ukraynanın taleyi müzakirə oluna bilməz. Bu fikrə münasibətiniz necədir?

- Vəziyyət belədi də... ABŞ deyir ki, biz Rusiya ilə danışıqlar aparacağıq. Əldə oluna biləcək hər hansı bir razılaşma ilə bağlı Ukraynaya daha sonra məlumat verəcəyik. Əlbəttə ki, Ukrayna ilə bağlı hər hansı bir razılaşma olacaqsa, rəsmi Kiyevin həmin görüşdə iştirakı vacibdir.- Belə bir fikir var ki, Alyaska görüşünün əsas müzakirə mövzusu Ukrayna münaqişəsi deyil. Tramp və Putin öz ölkələri üçün prioritetləri masaya qoyacaqlar...- Tamamilə doğru dediniz. Bu görüşdə Alyaskadan başlamış Antraktidaya qədər ərazilərdə iki ölkənin toqquşan maraqları müzakirə ediləcək. ABŞ-la Rusiya arasında müzakirəsi vacib min dənə məsələ var. Onlardan yalnız biri Ukrayna münaqişəsidir.- Məkan olaraq görüş üçün Alyaskanın seçilməsi barədə nə deyə bilərsiniz?- Kim nə deyirsə desin, Rusiya Prezidentinin ABŞ-a dəvət edilməsi Moskvanın diplomatik uğurudur. Yəni dəvət edən tərəf hər zaman zəif bənd kimi görünür.- Bilirsiniz ki, Alyaska bir zamanlar Rusiyanın nəzarətində olub və 200 illiyə ABŞ- a satılıb. Putin Alyaskanın geri qaytarılmasını istəyə bilərmi?

- Düzünə qalsa, o zamankı razılaşma barədə səhih məlumatım yoxdur. Ona görə də Rusiyanın yarımadanın geri istəməsi üçün nə qədər hüquqi əsasın olduğunu bilmirəm. Bildiyim qədər, o zaman yarımada 7 milyon 200 min dollara amerkalılara satılmışdı. İndiki kursla bu 300 milyon dollara yaxın ola bilər. Bu mənada bu məsələnin gündəmə gəlmə ehtimalı yoxdur.

- Tramp bu görüşdə 8 avqust razılaşmasını Putinlə müzakirə edə bilərmi?- İnanmıram. Çünki ABŞ Adminstrasiyası üçün bu məsələ artıq tarixdir. Tramp üçtərəfli razılaşmanın Putİnlə müzakirə edəcəyi gözlənilən deyil. Amma söhbət əsnasında bu məsələnin də üzərindən keçilə bilər.- Axı bu görüşün məğzi bir növ dünyanın yenidən bölüşdürülməsidir?- Tamamilə haqlısınız. Bu görüşdə digər məsələlər kimi Cənubi Qafqazdakı vəziyyət də müzakirə oluna bilər. Çünki hər iki tərəfin Cənubi Qafqazda toqquşan maraqları var. Bir xatırlatma edim ki, 1945-ci ildə Yaltada Stalin, Ruzvelt və Çörçil görüşərək dünyanı yenidən bölüşmək üçün razılığa gəldilər. Bu mənada Alyaska görüşü də dünyanın yenidən bölüşdürülməsi üçün bir platforma ola bilər. Sadəcə onu deyə bilərəm ki, Rusiya üçün Cənubi Qafqaz qatarı artıq keçib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
demokrat.az

3Mənbələr