AZ

İkardi Aktürkoğlunun Fənərbaxça ya transferi haqda nə dedi?

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kərəm Aktürkoğlunun ''Benfika''dan ''Fənərbaxça''ya hay-küylü transferi artıq tamamlanıb. Hər halda bunu Türkiyə mətbuatı iddia edir. İstanbul nəhəngi həm Kərəmin özü, həm də Portuqaliya təmsilçisi ilə bütün məsələlərdə anlaşma əldə edib. Portuqaliyanın ''mais futebol'' adlı saytının xəbərinə görə şənbə günü, yəni avqustun 16-da türkiyəli ulduz Lissabon nəhənginin heyətində son matçına çıxa bilər. Həmin gün ''Benfika'' ölkə çempionatında ''Eştrela'' ilə qarşılaşacaq. Məhz bu oyundan sonra 26 yaşlı vinger İstanbula gələrək tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq. Bu transfer 2,5 milyon avrosu bonuslar şəklində olmaqla ''Fənərbaxça''ya 25 milyon avroya başa gələcək. İddialara inansaq, Kərəm artıq ''Qalatasaray''da özünə yaxın hesab etdiyi sabiq komanda yoldaşlarına və klub işçilərinə zəng vuraraq belə desək, halallıq istəyib. Xatırladaq ki, Çempionlar Liqasına vəsiqə uğrunda pley-offda ''Fənərbaxça'' ilə ''Benfika'' qarşılaşacaq və bu transfer baş tutsa belə, Kərəm sabiq klubuna qarşı oynaya bilməyəcək. Çünki ötən mərhələdə o artıq ''Benfika''nın heyətində meydana çıxıb. Bu arada bu transferə ''Qalatasaray''ın ulduzu Mauro İkardi də münasibət bildirib. Fernando Musleranın ayrılmasının ardından ''Cim-Bom''un əsas kapitanına çevrilən argentinalı futbolçunun ötən dönəmlərdə meydanda ən yaxşı anlaşdığı isimlərdən biri məhz Kərəm Aktürkoğlu idi. İkardi türkiyəli həmkarlarımıza bunları deyib:

''Futbolda belə şeylər olur. Hələ tam dəqiqləşməyib. Ən son ÇL matçında ''Benfika''nın heyətində meydana çıxdı. Yəni hələ də bu klubun üzvüdü. ''Qalatasaray'' üçün dəyərli futbolçu idi. Kərəm faktiki olaraq ''Qalatasaray''la birlikdə böyüdü. Ona uğurlar arzulayıram. Mənim üçün dəyərli futbolçudu və onu çox sevirəm. Birlikdə keçirdiyimiz anlar çox qiymətlidi. Yəqin ki, bu addımı karyerasını və yığma komandanı düşünərək atır. Öz qərarıdı. Ola bilər''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr