Ermənistan və bizim partiyanın Qarabağ sakinlərinin (Azərbaycanın bu bölgəsindən könüllü getmiş erməniləri nəzərdə tutur – red.) kollektiv şəkildə geri qaytarılması ilə bağlı gündəliyi yoxdur.
“Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arusyak Julhakyan deyib.
“Azərbaycana qayıtmaq istədiyini, qayıda biləcəyini düşünən ayrı-ayrı şəxslər varsa, əlbəttə, onlar fərdi qaydada buna cəhd edə bilərlər. Amma biz Qarabağ sakinlərinin kollektiv şəkildə qayıtmasını real hesab etmirik, çünki buna heç bir beynəlxalq mexanizm və ya təminat yoxdur. Biz nə qədər hakimiyyətdəyik, Ermənistan Respublikası bu məqsədi güdməyəcək”, - deputat qeyd edib. Toyuqlu pizza
Telegram kanalımız