AZ

“Azərbaycanın güclənməsi bəzi regional gücləri ciddi şəkildə narahat edir” ŞƏRH EDİLDİ

ain.az bildirir, Sia Az portalına istinadən.

"Tarixin müxtəlif dövrlərində qlobal güc siyasətindən bəhrələnən bəzi regional dövlətlər vaxtilə indiki Azərbaycan ərazilərini ilhaq edərək, bizi öz təsiri altında saxlamağa çalışıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, bənzər tendensiya müasir dövrdə də müxtəlif formalarda davam etdirilməkdədir. Belə ki, ildən-ilə Azərbaycanın güclü dövlətə çevrilməsi, İkinci Qarabağ müharibəsi ilə torpaqlarını azad etməsi, Prezident İlham Əliyevin isə dünya miqyasında nüfuzunun artması İran və Rusiya kimi gücləri ciddi şəkildə narahat edir: "Çünki tarixdən gələn imperialist ideologiyanın buxovundan xilas olmayan həmin ölkələr Cənubi Qafqaza öz təsir dairəsi kimi baxırlar. Ölkəmizin müstəqil və qarşılıqlı maraqlara əsaslanan siyasət yürütməsi isə onların süni gərginlik yaratmasına səbəb olur. Ölkəmizə qarşı bu cür yanaşmanın isə heç bir əsası yoxdur. Çünki Azərbaycan heç zaman öz qonşularına qarşı koalisiyalara qoşulmayıb və ya qərb sanksiyalarını dəstəkləməyib. Lakin ölkəmiz maraqlarımıza uyğun formada siyasət həyata keçirərək qətiyyətli mövqe nümayiş etdirməkdən çəkinməyib. Ona görə də dövlətimizə qarşı vahid və stabil siyasi kursa uyğun şəkildə davranmayan güclər Azərbaycanın çox şaxəli xarici siyasətini, həmçinin strateji tərəfdaşlıq münasibətlərinə ciddi önəm verməsini qəbullana bilmirlər. Son zamanlar bizə müxtəlif formatlarda təzyiq edən ölkələr bununla Azərbaycana nəyisə diqtə etməyə səy göstərirlər. Lakin anlamırlar ki, Azərbaycan dünya miqyasında tanınan, hörmət edilən güclü aktordur. Bu cür təzyiqlərlə Azərbaycanın dövlət strategiyana təsir göstərmək mümkün deyil.

Rusiya anlamalıdır ki, başı Ukraynadakı müharibəyə və Qərbin sanksiyalarına qarışdığı bir zamanda Bakıya həmişəkindən daha çox ehtiyacı var. Çünki Azərbaycanın qlobal bazarlara və nəqliyyat dəhlizlərinə geniş çıxışı var. Rusiya hazırkı mürəkkəb siyasətdə ölkəmizin bu üstünlüklərindən faydalana bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sia.az

2Mənbələr