AZ

Eltun Yaqublu “Zirə”dən ayrıldı

“Zirə” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün startına günlər qalmış məşqçisi Eltun Yaqublu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, gənc mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Neftçi”nin yetirməsi olan Yaqublu futbolçu karyerası ərzində “Qarabağ”, AZAL, “Sumqayıt”, “Səbail” kimi klubların formasını geyinib. 2020-ci ildə karyerasını başa vurmuş Eltun elə həmin dövrdən “Zirə”də baş məşqçi Rəşad Sadıqovun köməkçisi kimi fəaliyyət göstərirdi.

Seçilən
81
arena.az

1Mənbələr