Vladimir Putin Alyaskada Donald Tramp ilə keçiriləcək görüşə hazırlıq çərçivəsində Rusiya Federasiyasının ali rəhbərliyi, hökumət üzvləri və prezident administrasiyasının nümayəndələri ilə müşavirə keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Müşavirədə çıxış edən Kremlin sahibi bildirib ki, ABŞ administrasiyası Ukrayna böhranının həlli istiqamətində kifayət qədər fəal və səmimi səylər göstərir.
O, qeyd edib ki, ABŞ ilə danışıqların növbəti mərhələsində strateji silahlara nəzarət üzrə razılaşmalara nail olunması gündəmə gələ bilər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta