AZ

Bakıda gənc proqramçılar üçün xüsusi müsabiqə keçirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 avqust, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Bakı Dövlət Universiteti, ICPC Azərbaycan icması və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə gənc proqramçılar üçün xüsusi müsabiqə keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə, Azərbaycanın ilk proqramçısı hesab olunan, “Şöhrət” ordenli alim Ramin Mahmudzadənin irsini gənc nəslə çatdırmaq, yeni istedadları üzə çıxarmaq və gənclərə proqramlaşdırma sahəsində bilik və bacarıqlar qazandırmaq məqsədilə təşkil olunub.

Yarışda ali təhsil müəssisələrində təhsil alan və proqramlaşdırmaya marağı olan 50-ə qədər tələbə iştirak edib. Onlar fərdi şəkildə 4 saat ərzində verilmiş xüsusi proqramlaşdırma tapşırıqlarını həll ediblər.

Nəticələr avtomatlaşdırılmış şəkildə qiymətləndirilib və ilk üç yerin qalibi avqustun 31-dən sentyabrın 5-dək Bakıda keçiriləcək “ICPC 2025” Dünya Finalı səhnəsində (Bakı Konqres Mərkəzi) xüsusi mükafat və sertifikatlarla təltif olunacaqlar.

Bu layihə Ramin Mahmudzadənin elmi fəaliyyətinin gənc nəsillərə tanıdılması, gənclərin bilik və bacarıqlarının inkişafı, yeni istedadların kəşf olunması və proqramçılar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
azertag.az

3Mənbələr