AZ

ATƏT: Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq

Finlandiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri kimi, Azərbaycan və Ermənistanın Minsk prosesi və əlaqəli strukturların ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.

Bu barədəAvropa bürosuna təşkilatın mənzil-qərargahından bildirilib.

Təşkilatın rəsmi nümayəndəsi öz növbəsində bildirib ki, ATƏT Katibliyi bu müzakirələr nəticəsində qəbul edilən bütün qərarları həyata keçirməyə hazırdır.

ATƏT-də təsdiq ediblər ki, avqustun 11-də Azərbaycan və Ermənistandan Minsk qrupu və digər əlaqəli institutların ləğvi məsələsinin Nazirlər Şurası tərəfindən həll edilməsinin təklif olunduğu birgə müraciət daxil olub.

"Biz avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmaları alqışlayırıq, Azərbaycanı və Ermənistanı bu nailiyyət münasibətilə təbrik edir və ABŞ administrasiyasının bu prosesə dəstəyini yüksək qiymətləndiririk", - təşkilatdan vurğulanıb.

Seçilən
65
11
aznews.az

10Mənbələr