AZ

Zelenski və Starmer Londonda qapalı görüş keçirir

London, 14 avqust, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşmək üçün Dauninq Stritə gəlib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, mətbuat nümayəndələrinin suallarını cavabsız qoyan liderlər daha sonra iqamətgaha daxil olublar. Görüşün gündəliyi barədə ətraflı məlumat verilməsə də, müzakirələrin əsas mövzularından birinin sabah ABŞ Prezidenti Donald Trampın Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüş olacağı ehtimal edilir.

Hazırda Zelenski və Starmer qapalı qapılar arxasında danışıqlar aparırlar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
41
50
azertag.az

10Mənbələr