AZ

"Sumqayıt" müqavilə bağladığı futbolçunu icarəyə verdi - RƏSMİ

“Sumqayıt” klubu futbolçu İmani Barker ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "kimyaçılar"ın mətbuat xidməti yayıb.

22 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 4 illikdir. O, mövsümün sonuna qədər “Karvan-Yevlax”a icarəyə verilib.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Pedru Pintu, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resendeni rənglərinə bağlayıb. Komanda bu yay serbiyalı mütəxəssis Saşa İliçə tapşırılıb.
 

Seçilən
30
1
fanat.az

2Mənbələr