AZ

Venesuela prezidenti daxili təhlükəsizliyi daha da gücləndirir

Venesuela Prezidenti Nikolas Maduro ölkənin təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlmiş yeni tədbirləri açıqlayıb. Karakasda VTV dövlət telekanalında canlı yayımlanan tədbirdə çıxış edən Maduro ölkənin mütəşəkkil cinayətkarlıq və narkotik ticarəti ilə mübarizədə "yeni mərhələyə" qədəm qoyduğunu bildirib.

Maduro qeyd edib ki, yeni tədbirlər Venesuelada sülh və sabitliyin təmin edilməsi səylərinin bir hissəsidir: “Bu gün 24 ştatda və paytaxt Karakasda daxili təhlükəsizliyimizi daha da gücləndirəcək xüsusi əməliyyat başlayır.”

Eyni zamanda, Venesuela prezidenti xalqla təhlükəsizlik qüvvələri arasında “yerdə” qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Bu arada, ölkədəki xarici səfirlik və diplomatik nümayəndəliklərin nümayəndələri ilə görüşən Venesuela xarici işlər naziri İvan Gil ABŞ-nin regionda “ciddi hərbi təhlükə” yaratdığını bildirib.

Gil qeyd edib ki, Vaşinqton “Venesuela sağçı faşist müttəfiqləri” vasitəsilə ölkədəki vəziyyəti sabitsizləşdirməyə çalışır. Nazir beynəlxalq ictimaiyyəti bu cəhdləri pisləməyə çağırıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr