Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın vaxtlarda ölkənin yeni Konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçirəcək.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd olunub ki, Şura uzun fasilədən sonra bir neçə həftə əvvəl ilk iclasını keçirib.
Xatırladaq ki, bu ilin fevralında Paşinyan vətəndaşlara müraciətində Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsinin zəruriliyini vurğulamışdı.
Daha əvvəl Ermənistan hökumətinin nümayəndələri 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər Konstitusiyanın yeni mətninin hazırlanmasının planlaşdırıldığını bildirmişdilər.