AZ

Dünyanın ən böyük "ağciyəri" quruyur

Dünyanın ən böyük "ağciyəri" quruyur

Yeni araşdırmaya görə, dünyanın ən böyük "ağciyəri" və planetin ən geniş biomüxtəliflik ərazisi olan Amazon tropik meşələri geri dönüşü olmayan bir quruma prosesinə doğru gedir.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, Amazon yaxın bir əsr ərzində yaşıl tropik meşələrdən daha quraq savannaya çevriləcək fəlakətli dönüş nöqtəsinə sürətlə yaxınlaşa bilər.

Bu böyük dəyişimin iqlim dəyişikliyi və meşəsizləşmənin birləşmiş təsiri ilə baş verdiyi ehtimal olunur.

Amazonlar 6 milyon kvadrat kilometr ərazisi ilə dünyanın ən böyük tropik yağmur meşəsidir. Burada dünyanın bitki və heyvan növlərinin 10%-i yaşayır. Dünya Təbiəti Mühafizə Fondunun məlumatına görə, Amazon 99 milyard tondan 154 milyard tona qədər karbon ehtiva edir və ildə orta hesabla 180 santimetr yağıntı alır. Bu səbəbdən, iqlimi tənzimləyən qlobal su və karbon dövrlərinin mühüm hissəsini təşkil edir.

Keçən əsrdə Amazon kimi yağmur meşələri iqlim dəyişikliyi və meşəsizləşmənin yaratdığı quraqlıq və meşə yanğınları səbəbindən getdikcə daha həssas hala gəlib.

Dünya Resursları İnstitutunun Qlobal Meşə İcmalına görə, Braziliya Amazonu təkcə 2024-cü ildə 28 min kvadrat kilometr meşə örtüyünü itirib.

“Geophysical Research Letters” jurnalında dərc edilən araşdırmaya görə, alimlər Amazonların qeyri-müəyyən gələcəyini yenidən qiymətləndiriblər. Bəzi mütəxəssislər düşünür ki, bu dəyişikliklər Amazonları yaşıl tropik meşələrdən quru otlaq sahəsinə çevirəcək kritik bir həddə aparır.

Kembric Universitetinin Yer Sistemləri Elmi üzrə professoru və araşdırmanın müəlliflərindən biri olan Endryu Frend belə bir dəyişikliyin mümkün olduğuna dair məntiqli əsaslar olduğunu bildirib.

Seçilən
3
afn.az

1Mənbələr