AZ

Sabah Trampla Putin arasında Alyaskda təkbətək görüş olacaq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək görüş Moskva vaxtı ilə sabah saat 22:30-da başlayacaq və liderlərdən başqa, yalnız tərcüməçilərin iştirak edəcəyi təkbətək söhbətlə açılacaq.

APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

"Putin-Tramp sammitinin mərkəzi mövzusu Ukrayna böhranının həlli olacaq, lakin digər mövzulara da toxunulacaq" - Uşakov bildirib.

Bildirilib ki, Lavrov, Uşakov, Belousov, Siluanov və Dmitriyev Alyaskada Rusiya nümayəndə heyətinə qatılıblar.

Seçilən
31
48
apa.az

10Mənbələr