AZ

"Qarabağ" sabiq futbolçusunu qaytarır

"Qarabağ" Macarıstanın "Ferentsvaroş" klubundan ayrılan sabiq futbolçusu Ovusu Kvabenanı komandaya qaytaracaq.

Aktual.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2023-cü ilin iyununda klubu tərk edən qanalı hücumçunu azad agent kimi heyətinə cəlb etmək üçün danışıqlar aparır.

Bir neçə gün əvvəl başlayan danışıqların artıq müqavilənin razılaşdırılması ilə nəticələndiyi bildirilir. Razılaşmaya əsasən, Kvabena ilə ikiillik sözləşmə imzalanacaq.

Xatırladaq ki, O.Kvabena 2020-2023-cü illərdə "Qarabağ"ın futbolçusu olub. "Transfermarkt" onun bazar dəyərini 400 000 avro olaraq qiymətləndirir.

Qeyd edək ki, çərkəz hücumçusu ötən mövsüm icarə əsasında Türkiyənin "Ankaragücü" klubunda çıxış edib. O, iştirak etdiyi 16 oyunda 9 qol müəllifi olub.

Əlavə edək ki, "Qarabağ" və "Ferentsvaroş" UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəklər. İlk oyun avqustun 19-da Budapeştdə, ikinci matç isə avqustun 27-də Bakıda təşkil olunacaq.

Seçilən
27
13
ulusum.az

10Mənbələr