AZ

Sabah yağış yağacaq, leysan olacaq

Azərbaycanda avqustun 15-də Bakıda yağış, rayonlarda leysan gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.

Seçilən
58
49
publika.az

10Mənbələr