AZ

Bu il 700-dən çox şəxs İİV-ə yoluxub

Bu

Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.Bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib. Bildirilib ki, onların 542-si kişi, 207-si qadın olmaqla 749 nəfəri Azərbaycan vətəndaşı, 13-ü isə əcnəbidir.Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir."Qeyd edək ki, İİV-in qarşısının alınmasında ən vacib addımlar — İİV/QİÇS barədə maariflənmək, təhlükəli və riskli davranışlardan çəkinmək, İİV-ə testdən keçmək və zəruri hallarda həkim məsləhəti almaqdır. Ölkədə İİV-ə müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional İİV laboratoriyalarında ödənişsiz, anonim qaydada, konfidensiallıq prinsipi qorunmaq şərtilə həyata keçirilir", - məlumatda qeyd olunub.Ulusum.az

Diqqət Çəkənlər

Qışa hazırlıq: Bilənlər bilir…

CNN Putinlə Trampın görüşünün dəqiq yerini öyrənib

Evinizin ətrafında bayquş görsəniz - SEVİNİN

Seçilən
40
17
ulusum.az

10Mənbələr