"Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqust Vaşinqtonda keçirilən üçtərəfli görüşdə tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir. Vaşinqton razılaşması çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Minsk Qrupunun ləğvi üçün ATƏT Baş Katibinə birgə müraciət etdilər". Olaylar xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Diqqət çəkən elementlərindən biri də nəqliyyat dəhlizinə-Zəngəzur koridoruna regional və beynəlxalq kontekstdə yeni münasibətdir. ABŞ-ın təşəbbüsü ilə dəhlizin beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün "Trump Route for International Peace and Prosperity" (qısaca TRIPP) adlandırıldı. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə bilər.
Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdir müzakirə olunan 907-ci dəyişikliyin dayandırılması ilə bağlı sənədin verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti bu qərərı "33 il sonra ədalətin bərpası" kimi qiymətləndirdi; bu addım iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığını sürətləndirə və investisiya axınlarını gücləndirə bilər.
Yeni əməkdaşlıq sahələri: enerji, nəqliyyat, ticarət, süni intellekt Ağ Ev bəyanatları və iki ölkənin yerli mənbələri göstərir ki, enerji (xüsusən tranzit və boru layihələri), nəqliyyat infrastrukturu, sərmayə axını və rəqəmsal transformasiya, o cümlədən süni intellekt sahəsində əməkdaşlıq üçün işçi qrupları yaradılacaq. Tərəflər arasında işçi qrupunun yaradılması üçün Anlaşma Memarandumu imzalandı Bu, sülhün yalnız siyasi yox, həm də iqtisadi əsaslarla təmin olunmasına yönəlmiş addımdır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31