Mütəxəssislərin fikrincə, düzgün qidalanma psixi sağlamlıq üçün böyük rol oynayır.
Bəzi qidalar beyində “xoşbəxtlik hormonları”nın istehsalını artıraraq depressiya əlamətlərini yüngülləşdirə bilər.
1. Yağlı balıqlar – Somon, skumbriya, sardina kimi omeqa-3 yağ turşuları zəngin balıqlar beyində serotonin və dopamin səviyyəsini artırır.
2. Qoz-fındıq və badam – Magnezium və sağlam yağlar əsəb sistemini sakitləşdirir, gərginliyi azaldır.
3. Bitter şokolad – Tərkibindəki flavonoidlər qan dövranını yaxşılaşdırır və əhvalı yüksəldir.
4. Yaşıl yarpaqlı tərəvəzlər – İspanaq, kələm, brokoli fol turşusu ilə zəngindir və bu, beyində kimyəvi balansı qoruyur.
5. Yulaf və tam taxıllar – Kompleks karbohidratlar qan şəkərini sabit saxlayaraq enerji və əhvalı tənzimləyir.
6. Giləmeyvələr – Çiyələk, yaban mersini, böyürtkən antioksidantlarla zəngin olub stress hormonlarını azaldır.
7. Probiyotik məhsullar – Qatıq, kefir, turşu kələmi bağırsaq-beyin əlaqəsini gücləndirərək ümumi psixi sağlamlığa müsbət təsir göstərir.
Psixoloqlar vurğulayır ki, bu qidalar depressiya müalicəsini tam əvəz etmir, amma sağlam həyat tərzi ilə birləşdikdə əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər.//Milli.Az