Qəzza zolağında son 24 saatda daha 4 nəfər aclıqdan ölüb.
Missiya.Az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş özünün “X” sosial media hesabında məlumat yayıb.
O, son 24 saatda 4 fələstinlinin aclıq və qida çatışmazlığından öldüyünü bildirib.
Burş qeyd edib ki, Qəzzada 106-ü uşaq olmaqla aclıqdan ölənlərin sayı 239 nəfərə çatıb.
Daşqın HəsənovMissiya.Az