AZ

MİQ müsahibəsində geyim nəticəyə nə qədər təsir edir?

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son günlər müəllimlərin Müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsi ilə bağlı sosial şəbəkələrdə geyim mövzusu geniş müzakirə olunur. Bəzi namizədlər geyim tərzinin nəticəyə təsir edə biləcəyindən narahatdır.

Bu kimi səthi məsələlər müəllimlər arasında niyə panikaya səbəb olur?

Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı sabiq deputat, Əməkdar müəllim Sona Əliyeva qeyd edib ki, burada namizədin geyimindən çox, onun ünsiyyət mədəniyyəti, pedaqoji yanaşması və təqdimat bacarığı önəmlidir:

"Mən hesab edirəm ki, belə yanaşma həm yanlış, həm də məqsəddən uzaqdır. Müsahibənin əsas məqsədi, müəllimlərin peşəkar bilik və bacarıqlarını qiymətləndirməkdir. Burada namizədin geyimindən çox, onun ünsiyyət mədəniyyəti, pedaqoji yanaşması və təqdimat bacarığı önəmlidir. Əlbəttə, geyim səliqəli, təmiz və peşəkar üslubda olmalıdır, amma onun forması nəticəni müəyyənləşdirən əsas amil deyil".

Bir müəllim namizədi üçün əsas məsələ bilik, məntiq və ünsiyyət bacarığıdır:

"Təəssüf ki, bəzi hallarda rəsmi qaydaların kifayət qədər aydın izah edilməməsi və sosial mediada yayılan fərziyyələr müəllimlər arasında yanlış təsəvvürlər yaradır. Bu, namizədlərin diqqətini əsas mövzudan -müsahibə suallarına hazırlıqdan yayındırır və əlavə stressə səbəb olur.

Bir müəllim namizədi üçün əsas məsələ bilik, məntiq və ünsiyyət bacarığıdır. Ona görə də, bütün namizədlərə tövsiyəm odur ki, diqqətlərini geyim forması ətrafında dolaşan şayiələrə deyil, müsahibənin məzmununa yönəltsinlər. Peşəkar bacarıqlarınız və mövqeyiniz hər zaman geyimdən daha önəmlidir",- deyə Sona Əliyeva qeyd etdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
redaktor.az

4Mənbələr