AZ

Alimlər xərçəngin ən ölümcül növlərindən birinə səbəb olan vərdişi açıqlayıb

Mayamidən olan tədqiqatçılar müntəzəm alkoqol istifadəsinin mədəaltı vəzi xərçənginə yol aça biləcəyini açıqlayıb.

E-saglam.az-ın məlumatına görə, Britaniyanın Daily Mail nəşri yazır ki, bu xərçəng növü bütün hallar arasında ən aşağı sağ qalma göstəricilərindən birinə malikdir.

Araşdırmaya görə, həddindən artıq spirt qəbul etmək mədəaltı vəzi hüceyrələrini zədələyir, iltihab yaradır və nəticədə xərçəng öncəsi xəstəliklərin inkişafına şərait yaradır. Qadınlarda həftədə 8, kişilərdə isə 15 və ya daha çox içki həddindən artıq qəbul sayılır.

Elm adamları bildirir ki, xəstəliyin yaranması üçün hüceyrə böyüməsini idarə edən Ras adlı gendə mutasiya baş verməsi də mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
5
e-saglam.az

1Mənbələr