Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 13-də ümumi çəkisi 70 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 3 min 267 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.
"Cebheinfo.az"