AZ

Rusiyada azərbaycanlıları işə götürən müəssisə BAĞLANDI

ain.az bildirir, Sitat.info portalına istinadən.

Rusiyada azərbaycanlıları işə götürən müəssisə bağlanıb.

Sitat.info  xəbər verir ki, Perm diyarının məhkəmə icraçıları Yurla kəndindəki mişar zavodunun fəaliyyətini dayandırmaq barədə qərar qəbul ediblər.

Buna səbəb biznes sahibinin iki Azərbaycan vətəndaşını işə götürməsi ilə bağlı aidiyyəti orqanlara məlumat verməməsi olub.

Məhkəmə işə baxaraq sahibkarı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.15-ci maddəsinin 3-cü hissəsini pozmaqda təqsirli bilib və iki həftə müddətinə müəssisənin fəaliyyətinin dayandırılması qərarı verib.

Qərarın icrasına başlanandan dərhal sonra məhkəmə icraçıları xidmətinin nümayəndələri zavodun yerləşdiyi əraziyə gələrək istehsalat sahələrini möhürləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
3
sitat.info

4Mənbələr