AZ

COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi geri qayıdır

Ötən il 35 ölkədən 75 gənc müəllimin iştirakı ilə start götürən və iqlim üzrə təhsilverənlərin qlobal hərəkatını dəstəkləyən İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsinin növbəti mərhələsi bu il keçiriləcək.

QHT.az xəbər verir ki, 2025-ci ildə baş tutacaq düşərgə iqlimə həssas yeni nəsil müəllimlərin formalaşmasına töhfə verməyi hədəfləyir. Təşəbbüs pedaqoji fəaliyyətinin başlanğıcında olan müəllimləri praktik alətlər və qlobal şəbəkələşmə imkanları ilə təmin etməklə COP29-un Gənclər üzrə İqlim Çempionunun missiyasını davam etdirir və məktəblərdə, eləcə də icmalarda dayanıqlı dəyişikliklərə təkan verir.

Gənc müəllimlər üçün nəzərdə tutulan proqram iştirakçıları iqlim dəyişikliyi, COP prosesi və dayanıqlılıq mövzularında zəruri bilik və bacarıqlarla təmin edəcək. Layihənin məqsədi sinif otaqlarından başlayaraq cəmiyyətə yayılan müsbət təsir yaratmaq, ortaq təcrübələri paylaşmaq və daha yaşıl dünyaya keçidi təşviq etməkdir.

Seçilən
9
3
qht.az

4Mənbələr