Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığında xidmət edən 119 generalın, Hərbi Hava Qüvvələri Komandanlığında 31 generalın, Hərbi Dəniz Qüvvələri Komandanlığında isə 35 admiralın vəzifələri dəyişib.
Senzor.az bildirir ki, sərəncam Türkiyənin "Resmi Gazete"sində dərc olunub.
Sərəncama əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib.
Qeyd edək ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib.
Onu da xatırladaq ki, Bəxtiyar Ersay 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.