AZ

ABŞ bu ölkəyə döyüş sursatları və raketlərin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Nigeriyaya 346 milyon dollar məbləğində döyüş sursatlarının, yüksək dəqiqlikli aviasiya bombalarının və raketlərinin, eləcə də müvafiq maddi-texniki təminatın potensial satışını təsdiqləyib.

“İki sahil” xəbər verir ki,  bu barədə Pentaqonun hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qurumun bəyanatında göstərilir ki, tədarük ediləcək silahların nomenklaturasına 1 002 ədəd "MK-82" aviasiya bombası, "GBU-12 Paveway II" və 2GBU-58 Paveway II" idarəolunan aviasiya bombaları üçün 1 002 ədəd "MXU-650" və 515 ədəd "MXU-1006" aerodinamik profil, onlar üçün 1 517 ədəd "MAU-169" və "MAU-209" naviqasiya sistemləri daxildir.

Bundan əlavə, ABŞ 1 002 ədəd unifikasiya edilmiş proqramlaşdırıla bilən "FMU-152" partlayıcı və "WGU-59/B" naviqasiya blokları, döyüş başlıqları və "MK66-4" mühərrikləri daxil olmaqla, 5 min dəst "APKWS II" lazer naviqasiya sistemi, eləcə də digər avadanlıqlar tədarük etmək niyyətindədir.

"Təklif olunan satış Nigeriyanın terror təşkilatlarına qarşı əməliyyatlar keçirməklə mövcud və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini artıracaq", - sənəddə vurğulanır.

ABŞ administrasiyası artıq konqresi mümkün satışı təsdiqləmək qərarı barədə məlumatlandırıb. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.

Seçilən
1
1
ikisahil.az

10Mənbələr