AZ

"Bank BTB" ən çox şikayət edilən bank oldu

BAKI, 14 avqust. TELEQRAF

İyulda bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə "Bank BTB" ASC 3,71 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə " Yelo Bank ASC " olub. Bank 3,03 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.

Tənzimləyicinin hesabatına görə, "Unibank" 2,21 şikayət indeksi ilə sarı zolaq, yəni orta şikayət indeksində sıralanıb. Bu təsnifat üzrə " Accesbank"ın şikayət indeksi 1,79 AFB Bank ASC-nin 1,62, "Expressbankın 1,33 olub.

Ötən ay ən az şikayət edilən bank isə 0,51 indeks ilə siyahının yaşıl zolağnda qərarlaşan "Paşa Bank" ASC olub.

Seçilən
19
8
teleqraf.com

9Mənbələr