Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez nişanlandığını açıqlayıb. Portuqaliyalı ulduzun sevgilisi əlindəki nişan üzüyü ilə çəkilmiş fotosunu paylaşıb. Üzük uzunluğu bir santimetrdən çox olan oval kəsimli brilyantla bəzədilib, hər iki tərəfində isə daha kiçik brilyantlar yerləşir. Üzüyün ölçüsünü 50–52 aralığında qiymətləndirmək olar. Təxminən hərəsi 1 karat olan iki oval yan daşla tamamlanan mərkəzi brilyantın ümumi çəkisi təxminən 37 karat hesab olunur.
Zərgərlik mütəxəssisi İqnasiо Torres mediaya bildirib ki, bu üzüyün dəyəri bir neçə meyarla hesablanır, amma daşın kəsimi, onun eksklüzivliyi və onu tamamlayan brilyantları nəzərə alsaq, bu üzüyün qiyməti təxminən 6 milyon avrodur”.
Mətləb