AZ

Ermənistanın keçmiş baş naziri məhkəməyə çıxarılacaq: Görün nədə ittiham olunur

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq.

Publika.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.

Bildirilib ki, onun cinayət işi üzrə ilk məhkəmə iclası təyin edilib. İşə ən qalmaqallı və siyasi işlərə baxan hakim Vahe Dolmazyan baxacaq. O, Davit Tonoyanın, Armen Aşotyanın, Vladimir Qasparyanın, Ruben Vardazaryanın, general Manvel Qriqoryanın, ikinci prezident Robert Köçəryanın və bir çox başqalarının işlərinə baxmış hakimdir.

Ovik Abramyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət mənşəli olduğu iddia edilən əmlakın, yəni torpaq sahələrinin leqallaşdırılması maddələri ilə cinayət işi başlanıb.

Seçilən
7
publika.az

1Mənbələr