Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, bu mərhələdə təmsilçimiz "Sabah" "Levski" ilə cavab matçına çıxacaq.
Görüş saat 20:00-da başlayacaq.
Komandalar arasında Bolqarıstanda keçirilən ilk görüşdə "Levski" minimalhesablı qələbə qazanıb. Meydan sahibləri 90+8-ci dəqiqədə fərqlənə biliblər.
Qeyd edək ki, cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Bu mərhələdə təmsilçimiz "Araz-Naxçıvan" da bu gün cavab oyununa çıxır.
Avrokubokların debütantı doğma meydanda böyük hesabla məğlub olduğu Kiprin "Omoniya" klubuna üstələməyə çalışacaq.
Görüş saat 21:00-da başlayacaq.
Komandalar arasında Bakıda keçirilən ilk görüşdə "Omoniya" 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
Bizim.Media