Serbiya Prezidenti Aleksandar Vuçiç prezidentliyə yenidən namizəd olmaq üçün Konstitusiyaya dəyişiklik etməyi düşünmədiyini bəyan edib.
Publika.az xəbər verir ki, o, prezidentlik müddətinin il yarımdan sonra başa çatacağını bildirib.
“Seçkilərdə xalqın nə deyəcəyini görəcəyik. Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm və bunun üçün də Konstitusiyaya dəyişiklik etməyi düşünürəm”, - deyə Vuçiç vurğulayıb.