AZ

Çin Ukrayna məsələsinin həllinə üçüncü ölkələrin cəlb edilməsinin tərəfdarıdır

Pekin bütün maraqlı tərəflərin sülh prosesində iştirakını vacib hesab edir...

Çin Xalq Respublikası Rusiya–Ukrayna müharibəsində maraqlı olan bütün tərəflərin sülh danışıqlarında rol oynamasına ümid etdiyini bəyan edib.

Poliqon xəbər verir ki, Bu barədə “Newsweek” nəşri, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cianın brifinqdə verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Lin Ciana Vladimir Putin və Donald Trampın 15 avqustda Alyaskada Ukrayna və ya Avropa İttifaqı nümayəndələrini dəvət etmədən sammit keçirmək qərarını necə qiymətləndirdiyi barədə sual verilib. Nazirlik rəsmisi bildirib:

Çin böhranın sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir və Rusiyanın, eləcə də ABŞ-ın təmasları davam etdirməsini, münasibətləri yaxşılaşdırmasını və Ukrayna böhranının siyasi həllini irəlilətməsini məmnuniyyətlə qarşılayır. Biz ümid edirik ki, bütün maraqlı tərəflər danışıqlar prosesinə uyğun vaxtda qoşulacaq və mümkün qədər tez, maraqlı tərəflər üçün qəbul edilə bilən, ədalətli, davamlı və məcburi sülh sazişinə nail olunacaq.”

“Newsweek” yazır ki, bu açıqlama Çinin Ukraynanın taleyi ilə bağlı danışıqlara digər iştirakçıların da qoşulmasında maraqlı olduğunu göstərir. Məqalədə həmçinin Avropa İttifaqı liderlərinin (Viktor Orban istisna olmaqla) bir gün əvvəl qəbul etdiyi birgə bəyanata da yer verilib. Sənəddə onlar Donald Trampı Ukraynanın iştirakı olmadan və ya atəşkəs rejimini nəzərə almadan hər hansı qərar qəbul etməməyə, həmçinin Avropanın təhlükəsizliyinə mümkün təsirləri nəzərə almağa çağırıblar.

Poliqon.info

Seçilən
57
50
poliqon.info

10Mənbələr