AZ

Almaniya Ukraynaya yeni dəstək paketini maliyyələşdirəcək

500 milyon dollarlıq yardım yeni PURL mexanizmi çərçivəsində təqdim olunacaq...

Poliqon xəbər verir ki, Almaniya digər müttəfiqlərlə birlikdə yeni PURL (Prioritised Ukraine Requirements List – Ukraynanın Prioritet Tələbləri Siyahısı) mexanizmi çərçivəsində Ukraynaya göstəriləcək ilk kompleks dəstək paketlərindən birini maliyyələşdirəcək. Almaniya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə bəyanatına görə, paketinin dəyəri təxminən 500 milyon ABŞ dolları təşkil edir.

PURL mexanizmi iyulun 14-də ABŞ Prezidenti Donald TrampNATO Baş katibi Mark Rütte tərəfindən istifadəyə verilib. Bu mexanizm Ukraynaya lazım olan silahların ABŞ ehtiyatlarından Avropa ölkələri və Kanada hesabına alınmasını nəzərdə tutur.

Dəstək paketlərinə Avropa sənayesində istehsal olunmayan və ya ABŞ tərəfindən Avropa və Kanadadan daha sürətli tədarük edilə bilən silah və hərbi təyinatlı məhsullar daxildir. Bunlara, məsələn, hava hücumundan müdafiə vasitələri aiddir.

Nazirliklərin birgə bəyanatında həmçinin qeyd olunur ki, Almaniya Ukraynadakı müharibənin başlanğıcından bəri Kiyevə “təxminən 40 milyard avro hərbi yardım” göstərib.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr