AZ

Böyüklər arasında axmaq “TikTok” trendi: Stressi azaltmaq üçün əmzik istifadəsi


Stress, yuxusuzluq və tükənmişlik hisslərinin öhdəsindən gələ bilməyən bəzi böyüklər həll yolları üçün uşaqlıq vərdişlərini axtarırlar.
 

Bildirilir ki, Çində başlayan və “TikTok” sayəsində bütün dünyaya yayılan yeni tendensiya gənclərin rahatlıq tapmaq üçün əmziklərdən istifadə etməsinə səbəb olub.
 

Bəzi böyüklərin çətin anlarda müraciət etdikləri yeni bir streslə mübarizə üsulu diqqət çəkib.
 

Çində minlərlə gənc melatonin və meditasiya kimi klassik istirahət üsullarından imtina edərək uşaqlıqdan xatırladıqları əmziklərə üz tutur. Üstəlik, bu məhsullar sadəcə nostalji alət deyil; onlar yuxu yardımı, stress azaldıcı və hətta siqareti dayandırmağa kömək edən vasitələr kimi satılır.
 

Bir vaxtlar sadəcə qeyri-adi vərdiş hesab edilən bu tendensiya indi Çinin aparıcı e-ticarət platformalarında əhəmiyyətli bir bazara çevrilib.
 

İstifadəçilər də öz təcrübələrini açıq şəkildə bölüşürlər. “South China Morning Post” qəzetinin yazdığına görə, bir alıcı əmziklərin verdiyi psixoloji rahatlığı təsvir edərək:
 

“İşdə təzyiq altında olanda uşaqlıqdan gələn təhlükəsizlik hissini hiss edirəm" - deyə bildirib.
 

Ancaq hər kəs bu vərdişə həvəslə yanaşmır.
 

Sıçuanda diş həkimi olan Dr. Tang Caomin isə xəbərdarlıq edir:
 

"Ağzınızda əmziklə yatmaq nəfəs almağa təsir edə bilər; ən pis halda, hətta boğulma riski də yarada bilər."


O, həmçinin qeyd edib ki, uzun müddətli istifadə dişləri zədələyir, çənəyə təzyiq edir və yuxuya mənfi təsir göstərir.
 

Üstəlik, bu tendensiya Çinlə məhdudlaşmır.
 

ABŞ istifadəçilərinin nəqliyyatda, ofisdə və ya gərgin iş stressi zamanı əmzikdən istifadə etməsinin videoları “TikTok”da sürətlə yayılır.
 

Sosial şəbəkə istifadəçilərindən biri:
 

"Mən böyüklər üçün əmzik istifadə edirəm və dişlərim 4 ildir ki, xarab olmayıb" - deyə qeyd edir.
 

Digəri vərdişin effektivliyini müdafiə edərək:
 

"Yalnız böyüklər üçün əmzik alın! Mən ondan istifadə edirəm! Hətta DEHB (diqqət çatışmazlığı hiperaktivliyi pozuqluğu) üçün də effektivdir" - deyə bildirib.

 

Aysel



Seçilən
2
azia.az

1Mənbələr