AZ

Venesiya kinofestivalına kiberhücum: Şəxsi məlumatlar internetə sızdı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Venesiya kinofestivalının bir çox daimi ziyarətçiləri və iştirakçıları, akkreditə olunmuş jurnalistlər festivalın serverlərinə kiberhücum və kütləvi məlumat sızması barədə həyəcan bildirişi alıblar.

Bu barədə Oxu.Az rg.ru-ya istinadən xəbər verir.

Yayılan məlumatlar arasında ƏDV-nin qaytarılması hüququ olan şəxslərin adları və əlaqə məlumatları, e-poçt və yaşayış ünvanları, telefon nömrələri və hətta vergi kodları var.

Festival rəhbərliyinin sözlərinə görə, səlahiyyətli orqanlar dərhal məlumatlandırılıb və bərpa işlərinə başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr