Azərbaycanda qeysəriyyə yolu ilə doğuşların sayı artıb.
Referans xəbər verir ki, bu barədə “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd olunub.
Məlumata görə, 2024-cü ildə hamilə qadınlar üzərində 69 913 qeysəriyyə əməliyyatı aparılıb. 2023-cü ildə isə bu rəqəm 66 584 olub.
Statistik rəqəmlər göstərir ki, ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı son illər artmaqda davam edir.
Məsələn, 2010-cu ildə qeysər kəsiyi əməliyyatlarının sayı 22 746 olubsa, beş il sonra (2015-ci ildə)-45 942, 2020-ci ildə 49 897-ə yüksəlib.
Ümumilikdə ölkəmizdə 2024-cü ildə respublika üzrə 101 066 doğuşun 74 563-ü təbii yolla baş verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta