Fransa prezidenti Emmanuel Makron Ukraynaya istənilən ərazi güzəştlərinin birbaşa təhlükəsizlik təminatları ilə əlaqələndirilməli olduğunu deyib...
APA xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp öz mövqeyini açıq şəkildə ifadə edərək bildirib ki, NATO onların tərkibində olmamalıdır. Çünki bu, Rusiya üçün mühüm arqumentdir.
“Prezident Tramp bunu məhz bu sözlərlə açıq şəkildə ifadə etdi. O, hətta mənim üçün çox vacib olan şeyləri də dedi: NATO-nun bu təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmamalı olduğu faktını və bunun xüsusilə Rusiya tərəfi üçün güclü arqument olduğunu bilirik,” – deyə o bildirib.
Poliqon.info