AZ

İki aydan sonra geri qaytardı, ikiillik müqavilə bağladı

"Turan Tovuz" Alexandro Serranonu yenidən komandaya qaytarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni razılaşmaya əsasən ispaniyalı yarımmüdafiəçi 2026/2027-ci illər mövsümünün sonunadək tovuzluların şərəfini qoruyacaq.

Alexandro Serrano "Turan Tovuz"un heyətində Premyer Liqada 70 oyun keçirib və 5 qol vurub. Onun bu yayın əvvəlində müqavilə müddəti bitdiyinə görə komandadan ayrılığı bildirilmişdi.

Seçilən
14
1
sportinfo.az

10Mənbələr