AZ

Azərbaycanda təhlükəli xəstəliyə yoluxanların şok statistikası - Aralarında 18 yaşa çatmayanlar da var

Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) ilk dəfə yoluxanların sayı artıb. 

Paralel.az ” xəbər verir ki, bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində dərc olunub.

Məlumata görə, 2024-cü ildə ilk dəfə İİV-ə yoluxanların sayı 2023-cü illə müqayisədə artaraq 1152-ə çatıb. 2023-də isə bu rəqəm 886 nəfər olub.

Statistik rəqəmlərdən görünür ki, ümumilikdə Azərbaycanda İİV-in törətdiyi xəstəliklə tibb müəssisələrində qeydiyyatda olanların sayında da artım var.

2024-cü ildə tibb müəssisələrinə bu xəstəliklə müraciət edənlərin sayı 11 844 nəfər təşkil edibsə, 2023-cü ildə isə  bu göstərici 10 692 nəfər olub.

2024-cü ildə 18 yaşına çatmamış 3 nəfərdə İİV aşkarlanıb.

Qeyd edək ki, əvvəlki illərdə  bu rəqəm 1 nəfər təşkil edib.(qafqazinfo)

Seçilən
49
6
paralel.az

7Mənbələr