Azərbaycanda ölümlərə əsas səbəb qan dövranı sisteminin xəstəlikləridir.
Publika.az xəbər verir ki, bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.
Belə ki, qan dövranı sisteminin xəstəlikləri səbəbindən ölkəmizdə ötən il 33289 ölüm hadisəsi baş verib. 2023-cü ildə isə 33183 nəfər bu xəstəlik səbəbindən vəfat edib.