AZ

İsrail ordusuna Qəzzaya hücum əmri verildi

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir İsrailin Qəzza zolağına hücum planını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü teleqramda məlumat yayıb.

“Eyal Zamir bu gün iclas keçirərək, İsrail ordusunun Qəzza zolağında əməliyyat planının əsas prinsiplərini təsdiqləyib”, - deyə məlumatda qeyd olunub.

Həmçinin Zamir vurğulayıb ki, İsrail komandanlığı qoşunların döyüş hazırlığını artırmaqda davam etməli və “növbəti əməliyyatlara” hazırlaşmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
8
redaktor.az

9Mənbələr