AZ

Pezeşkian Netanyahunun iranlıları etiraza çağırmasını pislədi

ain.az, News24 portalına istinadən məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Binyamin Netanyahunun iranlıları su və elektrik enerjisinin kəsilməsi fonunda öz hökumətlərinə etiraz etməyə çağırmasını pisləyib.

Bu barədə News24.az Pezeşkianın “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

“Qəzza sakinlərini sudan və yeməkdən məhrum edən rejim İran xalqına su gətirmək istəyir? İllüziyaya baxın!”, - İran Prezidenti yazıb.

Qeyd edək ki, İranda isti havalar zamanı davam edən su və elektrik kəsintiləri fonunda dünən Netanyahunun videomüraciəti yayımlanıb. O, həmçinin texnologiya və təcrübənin ötürülməsi üçün İsrailin su mütəxəssislərini Tehrana göndərməyi də təklif edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
7
news24.az

10Mənbələr