AZ

Türkiyədə mənzil alan azərbaycanlıların sayı artıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 93 mənzil alıb.

Gundem.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin iyun ayı ilə müqayisədə 22 mənzil və ya 31%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5 mənzil və ya 5,7% çoxdur.

Qardaş ölkədən ən çox mənzil alan xarici ölkə vətəndaşları sırasında Azərbaycan vətəndaşları 6-cı yerdə olub. İlk beşlikdə isə müvafiq olaraq Rusiya, İran, Almaniya, Ukrayna və İraq vətəndaşları qərarlaşıb.

Seçilən
58
13
gundem.az

10Mənbələr