“Avqustun 12-dən 23-nə qədər yeni zəlzələlərin olma ehtimalı var”.
News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri ekstrasens, klinik psixoloq Zirəddin Rzayev deyib.
Onun sözlərinə görə, zəlzələlərin xüsusilə 13, 14 avqust, 18-23 avqust intervalında olması ehtimalı böyükdür:
“Yaponiya, Papua-Yeni Qvineya, Yeni Zelandiya, Venesuela və qonşu dövlətləri, o cümlədən İslandiya 2025 və 2026-cı illərdə zəlzələ və digər təbii fəlakətlərə məruz qalacaqlar”.
Ekstrasens Böyük Britaniya ilə bağlı daha sonra paylaşım edəcəyini vurğulayıb.