AZ

Türkiyədə zəlzələ olub

Bakı. Trend:

Avqustun 13-də Türkiyənin cənubundakı Osmaniyə vilayətində 4,1bal gücündə zəlzələ baş verib.

TrendTürkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD)məlumatlarına istinadən xəbər verir ki, yeraltı təkanlar yerlivaxtla saat 17:45-də qeydə alınıb.

Yeraltı təkanların episentri Kadirli rayonu, ocağı isə 5,12 kmdərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, Osmaniyə 2023-cü ilin fevralında baş verəndağıdıcı zəlzələlərdən ən çox zərər çəkən 11 Türkiyə vilayətiarasındadır. Faciə bu vilayətin minə qədər sakininin həyatına sonqoyub, Türkiyədə zəlzələ qurbanlarının ümumi sayı isə 53 min nəfərikeçib.

Seçilən
49
1
az.trend.az

3Mənbələr