AZ

Tramp Rusiya-ABŞ sammitində Ukraynada atəşkəs əldə etmək İSTƏYİR

Ajans.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa liderləri və Trampla onlayn görüşdən sonra bildirib. “ABŞ Prezidentinin Rusiya Prezidenti ilə Alyaskada keçirəcəyi görüşdə əsas məqsədi atəşkəs istəməkdir”, - Makron deyib.

Fransa lideri Avropanın mövqeyini də xatırladıb və ərazi məsələlərinin yalnız Ukraynanın iştirakı ilə müzakirə edilməli olduğunu bildirib. “Ərazilərin mübadiləsi ilə bağlı heç bir müzakirə aparılmayıb”, - Fransa Prezidenti qeyd edib.

Seçilən
19
1
Ajans.az

3Mənbələr